VIII tur daha erkənə

single-news
13 Sen 2011

VIII tur daha erkənə



Premyerliqanın 8-ci turunun vaxtı dəyişib. 1-2 oktyabrda keçirməli tur millinin oyunlarına görə daha erkən tarixə çəkilib.

Azərbaycan A milli yığma komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində 07 oktyabr 2011-ci il tarixində doğma meydanda Avstriya millisi, 11 oktyabr 2011-ci il tarixində səfərdə Türkiyə millisi ilə matçlara hazırlaşacağını nəzərə alaraq
ƏMR EDİRƏM:
Unibank Premyer Liqasının VIII turunun bütün görüşləri 30 sentyabr 2011-ci il tarixində keçirilsin.
PFL-in prezidenti: Ramin Musayev

Paylaş

// pop up