VIII TUR: QONAQLAR DAHA ÜSTÜNDÜRLƏR . . .

single-news
29 Okt 2005

VIII TUR: QONAQLAR DAHA ÜSTÜNDÜRLƏR . . .



Azərbaycan Çempionatının VIII turuna start verildi. İlk oyun günündə qonaqlar daha üstün oyun nümayiş etdirərək aktivlərindəki xalları artırdılar. "Turan" Tovuzda ardıcıl daha bir matçdan məğlub ayrıldı. "İnter"ə 0:1-lik məğlubiyyətdən sonra bu dəfə "Neftçi"yə 0:2 məğlub olan qərblilər çempionluq yarışında ağır zərbələr aldı. "Olimpik" isə, Banqurasız "Gənclərbirliyi"nə ikinci hissədə futbol dərsi keçdi. İlk hissədə 1:0-lıq məğlubiyyətə baxmayaraq, ikinci hissədə meydan sahiblərinin qapısına üç dəfə yol tapan "Olimpik" xal sayını 9-a yüksəltdi. "Xəzər-Lənkəran" isə "MOİK"lə heç-heçə oynadı- 0:0. Göyəzən - Şahdağ-S.,Gəncə - Karvan və MKT-Araz - Bakı matçları sabah saat 15:00-da, "İnter"-"Qarabağ" matçı isə saat 17:00-da keçirilərək tura yekun vurulacaq.

Paylaş