VİKTOR BAĞIŞLANDI

single-news
15 Fev 2008

VİKTOR BAĞIŞLANDI



“Qarabağ” Futbol Klubunun idarə heyəti bu gün yeni qərara imza atıb. Dekabrın 8-də ilk dövrənin başa çatmasından sonra yaranmış fasilə ilə əlaqədar olaraq klubun futbolçusu Viktor Kayode İgbekoyi klubunun icazəsiylə vətəni Nigeriyaya yollanmışdı. Lakin, komanda 2-ci dövrənin başlanğıcında Yanvar ayının 4-ündə, Bakıda toplanmalı olsa da adı çəkilən futbolçu klubun düşərgəsinə qatılmamışdı. Belədə Antalyaya yollanan “Qarabağ” Futbol Klubu adı çəkilən şəhərdə 21 günlük təlim-məşq toplanışında olsa da Viktor İgbekoyidən heç bir xəbər çıxmamışdır. “Qarabağ” Futbol Klubu buna görə Viktorun ölkəsinə ondan bir məlumat alınması haqqında məktub ünvanlamışdır. İgbekoyi Fevralın 12-də Azərbaycana qayıtmışdır. Klub rəhbərliyi futbolçunun ölkəsində olduğu vaxt atasının vaxtsız olaraq dünyasını dəyişməsini və onun baş verən itkiyə görə təsirlənərək etdiyi səhlənkarlığa yol verdiyinə  görə təəssüfləndiyi bildirir və eyni zamanda Viktorun bu hərəkətinin klubun prinsiplərinə zidd olduğunu nəzərə alaraq onu daxili nizam-intizam kodeksinə əsasən müvafiq cəza vermişdir. Beləliklə, “Qarabağ” Futbol Klubu müqaviləylə kluba məxsus olan Viktor İgbekoyini, etdiyi səhlənkarlığa görə səhvini başa düşərək üzr istəyən futbolçusunu bağışlanmasına qərar vermişdir. Viktor İgbekoyi bu gündən etibarən komandayla məşqlərə qatılacaqdır.

Paylaş

// pop up