VİLYAYA GÖRƏ 30 MİLYON FUNT

single-news
21 Noy 2007

VİLYAYA GÖRƏ 30 MİLYON FUNT



    “Tottenhem” “Valensiya”nın hücumçusu David Vilyaya görə 30 milyon funt sterlinq təklif etməyə hazırlaşır. “Yarasalar”ın heyətinə qatıldıqdan sonra İspaniya yığmasının forvardı Avropa transfer bazarında ən çox tələb olunan futbolçulardan birinə çevrilib. 25 yaşlı forvard keçirdiyi 80 görüşdə 45 qola imza atıb. Bu futboçuya ən əsas namizədlər “Real” və “Liverpul” hesab edilirdi. Lakin indi “Tottenhem” də bu mübarizəyə qoşulub. Çünki “Sevilya”nın keçmiş baş məşqçisi Xuande Ramos Vilyanı öz arxasınca “Uayt Hart Leyn”ə aparmaq istəyir. Futbolçunun agenti Xose Luis Tamarqo bildirib: “Bir çox klublar mənimlə əlaqə saxlayıblar. Onun İngiltərədə daha da çox qol vura biləcəyini düşünürlər”.

Paylaş

// pop up