`Visla` artıq Bakıdadır
4 Avq 2010
`Visla` artıq Bakıdadır
`Visla` artıq Bakıdadır. Avropa Liqasının 3-cü turu çərçivəsində `Qarabağ`ımızın qonağı olacaq Polşa klubu 15:30-da paytaxta özəl təyyarə ilə enib. Krakovluları çoxsaylı Kütləvi İnformasiya Vasitələri qarşılayıb. Lakin, qonaqlar medianın suallarına cavab verməkdən yayınıb. Komandanın baş məşqçisi Kasperçak, komandanın əsas forvardı Matsey Juravski isə naməlum səbəblərdən danışmaqdan boyun qaçırıb. Əvəzində `Visla`nın baş Meneceri Yaroslav Kroşka sualları cavablandırıb. Kroşka ilk oyunda `Qarabağ`ın daha böyük hesablı qələbə qazana biləcəyini, `Vilsa`nın isə son dəqiqədə penaltini qola çevirsəydi indi tam fərqli əhval-ruhiyyədə olacaqlarını bildirib. O, həmçinin Bakıya qələbə dalınca gəldiklərini, eyni zamanda çılğın azarkeşlərdən çəkindiyini bildirib.
Bu gün 20:30-da Kasperçakın mətbuat konfransı keçiriləcək. 21:00-da isə rəqibin 1 saatlıq son məşqi olacaq.
Bu gün 20:30-da Kasperçakın mətbuat konfransı keçiriləcək. 21:00-da isə rəqibin 1 saatlıq son məşqi olacaq.