"Vorskla" - "Qarabağ": Son məşq və mətbuat konfransı
6 Noy 2018
"Vorskla" - "Qarabağ": Son məşq və mətbuat konfransı
Avropa Liqasının qrup mərhələsinin IV turun matçları çərçivəsində baş tutacaq “Vorskla" (Ukrayna) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Sabah - noyabrın 7-də baş məşqçimiz Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 21:00) qarşılaşmanın keçiriləcəyi Aleksiy Butovskiy adına stadionda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.