VÜQAR NADİROV – “MƏN HƏLƏ SÖZÜMÜ DEMƏMİŞƏM”

single-news
9 May 2005

VÜQAR NADİROV – “MƏN HƏLƏ SÖZÜMÜ DEMƏMİŞƏM”



Son derbi matçından sonra saytımıza çoxlu sayda məktublar göndərərək, komandamızın gənc və perespektivli hücumçusu Vüqar Nadirovla bağlı bəzi suallarla bizə müraciət edirsiniz.Bu səbəbdən, onunla sizi yaxından tanış etmək qərarına gəldik. Vüqar, son oyunun qəhrəmanı sən oldun... Bu bütün komandamızın qələbəsidir. Qoy bilsinlər ki, “Qarabağ” kimdir... Futbol sənin üçün nədir: elm, həyat tərzi yoxsa sadəcə oyun? Sadəcə oyun... Niyə məhz Futbolu seçdiniz? Uşaq vaxtından Proffessional futbola marağım böyük olub. Həyat da nəticədə məni futbolçu etdi. Bundan peşman deyiləm. Futbol sənin üçün sadəcə oyundur. Bəs hansı peşəni sevirsən? Bir az çətin sualdır. Amma uşaqlıqdan futbol oynadığımdan fikirləşməyə vaxtım olmayıb. Meydandakı Vüqarla evdəki Vüqar arasında fərq varmı? Yox.Mən hər yerdə olduğum kimiyəm. Boş vaxtlarında nə ilə məşğul olursan? Maşın sürmək mənim hobbimdir. Ona görə, imkan düşən kimi maşın sürməkdən həzz alıram. Dostların çoxdurmu? Az deyil. Daha çox hansı kriteriyalara görə onlarla dostluq edirsən? Sadiq, ürəyi yanan, dostluğun nə olduğunu bildiklərinə görə. Kiminlə tez - tez ünsiyyətdə olmağı sevirsən? Dostlarımla, konkret ad demək istəmirəm. Həyatında ən kədərli və sevincli günün? Ən kədərli: Atamın şəhid olduğu gün. Onda mən uşaq olsam da, o gün hələ də gözümün önündən getmir.... Ən sevincli günüm: Hər qol vuranda elə bil dünyaya təzədən gəlirəm... Ailə sənin üçün nə deməkdir? Həyatdır. Yaşamağa stimuldur. Keçək “Qarabağ”a. “Qarabağ” deyəndə ilk ağlına nə gəlir? “Qarabağ” ilk növbədə bizim torpağımızdır, hansı ki, onun yolunda şəhidlər vermişik. “Qarabağ”ın adını daşıyan komanda da oynamaq mənim üçün həm şərəfli, həm də məsuliyyətlidir. Çünki biz bu adın daşıyıcılarıyıq. Saytımıza göndərilən məktublarda sənin vurduğun topun necə sevinc bəxş etdiyini hərə bir cür ifadə edir. Sən özün “Neftçi”yə son dəqiqədə qol vurarkən nə hisslər keçirdin? Bunu ifadə edə bilmərəm. Çünki necə desəm az olacaq. Mən azarkeşlərimizə bundan da böyük sevinc bəxş edəcəm. Qarşıdakı çətin derbi matçından nə gözləyirsən? Yalnız qələbə. Bəzi zəif oyunlarımız bizə dərs olmalıdır.. Biz “Şahdağ-S”u keçib, “Xəzər-L” ilə nəyə qadir olduğumuzu göstərməliyik. Mən bu matçlarda öz sözümü deyəcəm. Nə arzu edərdin “Qarabağ”ımıza? Arzu edirəm ki, bu qədər əziyyətimiz yerdə qalmasın. Bu il çempionluq sevinci yaşayaq. Bunun üçün hər şeyimiz var. Belə komanda ilə çempion olmamaq günahdır.

Paylaş

// pop up