Vüqar Nadirov: "Qurban müəllim həmişə mənə dəstək olub" (imaretfc.com)

single-news
30 Noy 2009

Vüqar Nadirov: "Qurban müəllim həmişə mənə dəstək olub" (imaretfc.com)



- Vüqar ilk olaraq son oyundan başlayaq...
- "Turan"a qarşı oyunumuz çətin keçdi. Əsasən də birinci hissə. Bunun nəticəsində onlar bizə qol vurdu. Ancaq ikinci hissədə özümüzü toparladıq. İki qol vura bildik.
- Neçə vaxt idi qol vura bilmirdin. Klub tərəfindən təzyiq olunurdumu?
- Yox. Heç bir təzyiq olunmurdu. Əksinə dəstək olunurdu. Xüsusən də Qurban müəllim tərəfindən. Qurban müəllim hər dəfə deyirdi vaxtı gələndə qol vuracaqsan.
- Birinci qolu vuranda o qədər də sevinmədin. İkinci qolda sevindin. Bunun səbəbi nə idi?
- İkinci qolum gözəl alındığına görə.
- 16 illik fasilədən sonra ağdamlı futbolçu Ağdamda qol vurdu. Bu haqqda nə deyərdin?
- Bir ağdamlı kimi bunu gözləyirdim. İnşallah qollarımı artırıb bombardirlər siyahısında yer alacam.
- Adil müəllim deyir Vüqar stabil mövqedə çıxış etmədiyindən qol vura bilmir. Yəni klubda hücumda, millidə yarımmüdafiədə çıxış edir. Mövqenin tez-tez dəyişməsi oyununa təsir edirmi?
- Yox. Mən peşəkar futbolçuyam. Məşqçi hansı mövqedə oynadırsa, oynayıram.
- Komandamız altılığa düşən iki kluba- "Simurq" və "İnter"ə uduzub. Altılıq uğrunda mübarizədə bunun təsiri olacaq, yoxsa bu aradan qalxacaq?
- İnşallah çalışacayıq ki, bunu aradan götürək.
- Dörd klubda oynamısan. Bu klubların azarkeşlərini xarakterizə edərdin.
- Lənkərandakı azarkeşlər yaxşı idi. Ağdamlılar da pis deyil. Zamanı gəlincə hər şey düzələcək.
- Qurban müəllim haqqında danışardız.
- İnsan kimi, insan adamdı. Məşqçi kimi də, cavan olmasına baxmayaraq öz sözünü demiş məşqçidi.
- Özünü Adil müəllimə bənzədirsən?
- Yox. Adil müəllim məndən qat-qat güclüdü.
- Bu il "qızıl dubl" üçün şansınız?
- İnşallah bu il çalışacağıq ki, buna nail olaq.
- Komandamız əsasən gənclərə üstünlük verir. Bu çempionluğa oynayan komandaya təsir göstərəcək?
- Mən belə düşünmürəm. Komandamızda həm cavan, həm sürətli, həm də ki, texnikalı futbolçular yer alır. Bunlar birləşəndə gözəl oyun alınır.
- Rəşad Sadıqov haqqında nə deyərdin?
- Rəşad uzun fasilədən sonra komandamıza qoşuldu. Sadıqov öz sözünü demiş futbolçudu. Son oyunda da bunu sübut etdi.
- Gələcək planların haqqında danışardın.
- Uzun müddət doğma komandamda oynamaq istərdim. Elə karyeramı da burada bitirmək istəyirəm

Paylaş

// pop up