Vüqar Nadirov:`Final mərhələsinə ciddi hazırlaşırıq`

single-news
4 Mar 2011

Vüqar Nadirov:`Final mərhələsinə ciddi hazırlaşırıq`



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Gündə 2 dəfə olmaqla məşq edən komandamız çempionatın final mərhələsinə hazırlaşır. Yüksək tempdə davam edən təlim-məşq toplanışında futbolçuların yaxşı formada olması diqqətdən qaçmır. Xüsisilə, qış fasiləsindən sonra baş tutan 3 görüşdə meydanda olan, yüksək hazırlığı ilə diqqəti cəlb edən Vüqar Nadirovu vurğulamaq lazımdır. `Qəbələ` və `Turan`la oyunlarda qol ötüməsi verən, sağ cinahda hərəkətliliyi ilə rəqiblərə başağrısı yaradan 23 yaşlı forvard görəsən, final mərhələsi haqda nə düşünür:`Allah şükür, hazırlığımız yaxşı gedir. Final mərhələsinə 3-cü pillədə qədəm qoymağımız da bizə əlavə ruh yüksəkliyi gətirib. Hə, bəlkə də çoxları bizdən son 3 oyunda qələbə gözləsə də, 2 darmadağın gözləmirdi. Amma biz başımızı aşağı salıb öz işimizlə məşğuluq. Çempionatın startından zədələrdən əziyyət çəkmişdik. Üstəlik, İyunun əvvələrindən dayanmadan oynayırdıq. Amma qışda yaxşı hazırlaşdıq. Üstəlik, zədəlilərimiz sağaldı, yeni transferlərlə gücləndik. Demək olar ki, bütün mövqelərdə ən azı 2 futbolçumuz var. Son oyunlarda yaxşı formada olmağıma gəlincə. Təkcə mən yox bütün komanda yaxşı formadadı. Belədə hamının işi asanlaşır. Düzdü, 2 ötürmə vermişəm. Amma qol vurmaq üçün də imkanlarım oldu. Düzdü, hücumçunun işi qol vurmaq olsa da, əsas komandanın qələbəsidi. Kimin vurmasının elə də önəmi yoxdu.
Final mərhələsinə də ciddi hazırlaşırıq. Bizi bir-birindən çətin 10 final oyunu gözləyir. Hər qələbənin böyük əhəmiyyəti var. İnşallah, qələbə seriyasını davam etdirmək istəyirik.Bilirik ki, hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir. Bu bizim məsuliyyətimizi artırır. Amma komandamıza inanırıq. Çempionatı ilk 3-lükdə bitirsək əla olar.`

Paylaş

// pop up