Vüqar Nadirov:`meydana qayıtmağı səbirsizliklə gözləyirəm`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
22 Avq 2011
Vüqar Nadirov:`meydana qayıtmağı səbirsizliklə gözləyirəm`
Son zamanlar `Qarabağ`ımız zədə sindromundan əziyyət çəkir. Çempionatın startından etibarən 6-7 futbolçu qeyd olunan problem səbəbindən komandaya tam gücüylə kömək edə bilmir. `Zədə seriyası`na `Brügge` ilk oyunda zədələnən Vüqar Nadirov başlamışdı. İyulun 28-i sıradan çıxan 23 yaşlı forvard uzun müddətdi Türkiyədə müalicə olunurdu. Artıq milli oyuncu Bakıya dönüb. Vüqar saytımıza son durumunu dəyərləndirib:`Şükür Allaha müalicə pis keçmədi. Orda həkim nəzarətində hər 2 gün məşq keçirdim. Yadıma gəlmir axırıncı dəfə nə vaxt bu qədər futboldan uzaq qalmışdım. Topdan ötrü çox darıxmışam. Tezliklə meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Hələ 4-5 gün fərdi olaraq çalışacam. Sonra isə kollektiv məşqlərə başlayacam. İnsallah, `Rəvan`la oyuna tam hazır olacam. Həqiqətən, zədə epidemiyası yaman ağır oldu. Sanki, komandaya göz dəyib. Hər gün kimsə zədələnir. Amma `Qarabağ` elə komandadıki, meydanda kim olmasına baxmayaraq qələbə üçün oynayır. `İnter`lə oyunu izləyə bildim. `Kəpəz`lə matça isə sadəcə internetdən izlədim. Sevinirəm ki, bu qədər itkiyə baxmayaraq komandamız ilk 2 turu qələbəylə başa vurub. Zədəlilər döndükdən sonra komandamız daha da güclənəcək.`