Vüqar Nadirov:`Sona qədər döyüşəcəyik`

5 Apr 2011
Vüqar Nadirov:`Sona qədər döyüşəcəyik`
Bazar günü `Xəzər-Lənkəran`la qarşılaşacaq komandamız bu gün istirahət edir. `Neftçi`ylə oyunun ertəsi bir məşqlə kifayətlənən komandamız sabahdan məşqlərə başlayacaq. Sonuncu turda `Neftçi`ylə oyunda alınmış məğlubiyyət komandamızın 9 oyunluq qələbə seriyasına son qoydu. Komandamızın son zamanlarda formada olan forvardı Vüqar Nadirova tribuna verməyi qərar gəldik. Görəsən, 23 yaşlı hücumçu sonuncu məlubiyyət və qarşıdan gələn oyunlar haqqında nə düşünür:`Nə deyim. Oyuna istəkli çıxmışdıq. Belə elə erkən qol gözləmirdik. Ondan sonra çətin oldu. Deməzdim ki, `Neftçi` bizdən yaxşı oynadı. İlk qolu vurub, oturdular `dala`, öz vaxtlarını gözlədilər. Daha bir qol vuraraq qələbə qazandılar. Millidə olmağımıza alışmışıq. Deməzdim ki, ona görə uduzduq. Təbii ki, 2 gün hazırlaşmaqla 1 həftə bir yerdə çalışmaq eyni deyil. Ona görə də artıq qarşıdakı oyunları fikirləşmək lazımdır. `Neftçi` çempionatın ən güclü klublarından biridir. Ona görə də onlar da qələbə üçün meydana çıxmışdılar. İndi bu oyunla yaşasaq heç nə qazanmayacağıq. `Neftçi`ylə daha bir dəfə də qarşılaşmalıyıq. Amma bakılılardan başqa daha 6 oyunumuz var. Biz hər zaman çətin məqamlardan çıxmağı bacarmışıq. 9 oyundu qələbə qazanırdıq. Bu baxımdan məğlubiyyət üzücü oldu. Amma artıq `Xəzər-Lənkəran`la oyuna hazırlaşacağıq. Ötən mövsüm də hamı bizə ümidini itirmişdi. Amma sonda çempionluq şansı olan 3-4 komandadan biri idik. İndi yenə də son qədər döyüşəcəyik.`