Vüqarın iddiası artdı

single-news
30 Noy 2009

Vüqarın iddiası artdı



`Qarabağ`ımızın gənc forvardı Vüqar Nadirov  sonuncu dəfə Avroliqanın play-off mərhələsində `Tvente`ylə oyunda qol vurmuşdu. Premyerliqanın ilk dövrəsinin 11oyununun hamısında start heyətində meydana çıxan 22 yaşlı forvard əldə etdiyi qol imkanlarına baxmayaraq qol hesabını aça bilmirdi. `Turan`la oyunda isə Vüqar 2 dəfə fərqlənməklə həm `Qarabağ`a qələbə gətirdi, həm də gələcək oyunlar üçün ümid verdi. Səbəbkarı dinləyək:` Əlbəttə, qol vurmağı hamıdan çox mən istəyirəm. Adətən tək hücumçu mövqeyində oynadığıma görə məndən daha çox qol gözləyirlər. Alınmırdı. Maraqldı ki, hər oyunda qol şansım olurdu. Amma nə zamansa tilsimi qırmalıydım. Demişdim, 1-ni vursam, ardı gələcək. Əsas odu ki, komandamız qələbə qazanır və bu gün liderdir. Amma, qol vurmağı mənə bir rahatlıq gətirdi. İnşallah, qol yarışında da iddialı duruma gəlmək istəyirəm. Qarşıda bir neçə oyunda belə fərqlənsəm bu heç də problem olmayacaq.`

Paylaş

// pop up