Vüqarın qolu yetmədi

single-news
8 Okt 2011

Vüqarın qolu yetmədi



Milli komandamız AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. Yığmamız seçmə mərhələdəki son ev oyununa `Dalğa Arena`da çıxdı və Avstriya yığmasını qəbul etdi.
Oyuna komandalar kəşfiyyatsız başladı. Amma ilk qol təhlükəsi qonaqlardan gəldi. Amma ilk öncə dirək, sonra isə Rəşad Sadıqov topu boş qapıdan çıxararaq qola imkan vermədi.
İlk dəqiqələrdən pis təsir bağışlamayan yığma 28-ci dəqiqədə azlıqda qaldı. Rəqibini kobudluqla dayandıran Saşa Yunisoğlu birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etdi. Cəmi 6 dəqiqə sonra Andreas İvanşiç hesabı açdı. İkinci yarıya fəal başlayan avstriyalılar 51-ci dəqiqədə Mark Yankonun qolu ilə fərqi iki topa çatdırdı. Cəmi 11 dəqiqə sonra kapitan 3-cü qolu qapımızdan keçirdi. 74-cü dəqiqədə meydana ikinci hissədə çıxan Vüqar Nadirov fərqi azaldıb, azarkeşləri ümidləndirsə də, əlavə vaxtda Marko Yunuzoviç millimizin darmadağını rəsmiləşdirdi.
Beləliklə, millimiz tsikldə sonuncu ev oyununu 1:4-lük məğlubiyyətlə başa vurdu.

Paylaş

// pop up