Vüqarla 24, sürət qalxır

single-news
15 İyn 2011

Vüqarla 24, sürət qalxır



`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışı davam etdirir. Hazırlığın növbəti günündəə komandamızın 2 məşqi nəzərdə tutulub. Artıq komandamızın ilk məşqi baş tutub. Ənənəvi olaraq səhər məşqi 10:30-da baş tutdu. Məşqdən öncə kiçik bir təbbir baş tutdu. Belə ki, bu `Qarabağ`ımızın və millinin forvardı Vüqar Nadirovun 24 yaşı tamam oldu. Qurban müəllim səbəbkarı təbrik edərkən komanda yoldaşları alqışlarla Vüqarı təbrik etdi.
Məşq isə isinmə hərəkətləriylə başladı. Ardınca 3 qrupda `kvadrat` oynayan futbolçular  fərqli fiziki təmrinlər yerin yetirməyə başaldılar.  `Stansiya ` çalışmalarının ardından ilk məşqin sonuncu çalışması baş tutdu.  Meydanboyu fərqli maneələri aşan futbolçular uzaqdan qapıçıları sınağa çəkdilər. Çalışmanın 2-ci mərhələsində isə topla hərəkət edən futbolçu rəqibinə keçərək qapıya zərbə endirmək üzərində çalışdı.
Qeyd edək ki, milli futbolçularımızın məşq prosesi get-gedə intensivləşir.  İlk çalışmada ilkin təmrinləri yerinə yetirdikdən sonra ümumi çalışmada `kvadrat` oynayan millilər sonra müəyyənləşdirilmiş nəbzdə 2 dəfə kross qaçdılar.

KOmandamızın 2-ci məşqi 17:30-a nəzərdə tutulub.

 

Paylaş

// pop up