Vüsalın qərarı doğru imiş (FUTBOL+, 29.04.2006)

single-news
29 Apr 2006

Vüsalın qərarı doğru imiş (FUTBOL+, 29.04.2006)



Dörd gün öncə keçirilən kubok mücadilələrində “MKT-Araz” - “Xəzər-Lənkəran” oyunundan fərqli olaraq “Neftçi” - “Qarabağ” matçında hakimliklə bağlı narazılıq oldu. Bu da görüşün son saniyələrində Nadir Nəbiyevin qarşısını kəsən “Qarabağ” müdafiəçisinin kobud oynadığını iddia edən meydan sahiblərinin narazılığı idi. Oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov hakimin komandasına münasibətdə qərəzli davrandığını iddia etmişdi. Həmin epizodda penaltinin olub-olmaması baş hakimə verilən qiymətdə əksini tapacaqdı. Vüsal Əliyevin idarəçiliyinə 8,5 bal verilməsi isə ciddi nöqsanların olmadığına işarədi. Xatırladaq ki, Əliyevin idarəçiliyini qiymətləndirən Məlik Həsənov AFFA-nı Yarışların Təşkili və Keçirilməsi Departamenitinin rəisidi. QİYMƏT KİTABÇASI Aprelin 25-də keçirilən ölkə kubokunun 1/4 final və yarımfinal mərhələsində ilk oyunları idarə edən hakimlərin əməyi belə qiymətləndirilib. 1/4 final MKT-Araz - Xəzər-Lənkəran 0:1 Hakimlər: Fariz Yusifov - 8,5, Ramiz Əsədov - 8,7, Aydın Ələkbərov - 8,6, Babək Quliyev - 9,0 (hamısı Bakı). Hakim-inspektor: Nizami Şərifov (Bakı). 1/2 final Neftçi - Qarabağ 0:0 Hakimlər: Vüsal Əliyev - 8,5, Elman Musayev - 8,3, Azər Əsgərov - 8,4 (hər üçü Bakı), Rövşən Əhmədov - 8,0 (Mingəçevir). Hakim-inspektor: Məlik Həsənov (Bakı).

Paylaş

// pop up