Vunderkindlər öndə, Maksimdən qələbə...
Vunderkindlər öndə, Maksimdən qələbə...
İl sona yaxınlaşır və fərqli nominasiyalarla arxada qoydumuz futbol mövsümünü dəyərləndirməyə çalışırıq. Hər dəfə yenilikləri ilə diqqəti cəlb edən "Qarabağ" Futbol Klubunun rəsmi internət səhifəsi bu dəfə də ənənəsinə sadiq qaldı. Biz də ilin oyunçusunu seçdik. Amma gizli qəhrəmanların səsverməsiylə. Arxada qalan 2008 -ci ildə "Qarabağ"ımızın ən faydalı oyunçusu kim idi? Günün 24 saatı komandamızın yanında olan idari, texniki, inzibatı heyət səs verdi və arxada qalan ilin ən yaxşı oyunçusunu seçdi. Bu səsvermədə klubumuzun direktoru Emrah Çelikeldən tutmuş inzibatçısına kimi hər kəs seçimini etdi. Nəticə nə oldu?
Bəli, çox gərgin çəkişmədən sonra Azərbaycan futbolunun gələcəyi 2 futbolçu qalibi müəyyənləşdirdi. 19 yaşlı 2 vunderkind Maksim Medvedev və Vaqif Cavadov. Maksim Vaqifi bir səs qabaqlayaraq 276 səslə "Qarabağ"ın kollektivi tərəfindən ilin ən yaxşı oyunçusu seçildi. 3-cü yeri isə 271 xalla kapitanımız Aslan Kərimov tutdu.
1. Maksim Medvedev 276
2. Vaqif Cavadov 275
3. Aslan Kərimov 271
Bütün səsvermənin nəticələri və Qaliblə müsahibəni tezliklə saytımızdan izləməyi unutmayın...