VURMAYANA VURARLAR (FUTBOL+,21 FEVRAL,2005)

single-news
21 Fev 2005

VURMAYANA VURARLAR (FUTBOL+,21 FEVRAL,2005)



Son turda heç şübhəsiz ki, ən çox maraq doğuran oyun "Bakı"- "Qarabağ" qarşılaşması idi.Elə matçın gedişi də göstərdi ki, oyundan əvvəl yaranan ajiotaja dəyərmiş. Ağdam klubu 9 futbolçuyla qalmasına baxmayaraq bərabərlik qolunu vurub "Bakı"nın turnir cədvəlində özünü keçməsinə imkan vermədi.Qarabağlı tərəfdarları son saniyələrdə vurduğu qolla ayağa qaldıran Samir Abbasov olsa da, həmin epizodun yaranmasında gənc hücumçu Vüqar Nadirov da böyük rol oynadı.Məhz Vüqarın ötürməsindən sonra Mübariz Orucov topu qəbul edib sonu qolla nəticələnəcək şəraiti yaratdı.Matçdan sonra Nadirovla bağlı bir məqam diqqətimizi çəkdi. Paltardəyişmə otağına girməyə çalışan bir şəxsi polislər işəri buraxmaq istəmirdi. O isə Vüqarın Qarabağ müharibəsində şəhid olmuş atasının cəbhə yoldaşı olduğunu, onu öz əlləri ilə torpağa tapşırdığını deyirdi. Həmin azarkeş düz 20 ildi Vüqarı görmədiyini, indi isə oyununa baxmaq üçün gəldiyini söyləyirdi. Vüqar Nadirov: "Bundan xəbərim olmayıb. Heç oyundan sonra da, mənə yaxınlaşan olmadı.O ki qaldı matça, azlıqda qalsaq da, bərabərlik qolunu vuracağımıza inanırdım. Cünki rəqib bir qədər arxayınlaşmışdı. Buna görə də, necə deyərlər, "vurmayana vurarlar" prinsipi işə düşdü. Məncə qolun yaranmasında iştirak etməklə, bir daha özümü baş məşqçiyə göstərdim.

Paylaş