V.VASİLYEV:"ÇEMPİONLUQ MƏNİM ÜÇÜN HƏR ŞEYDİR." ( FUTBOL+, 19.04.2005)
19 Apr 2005
V.VASİLYEV:"ÇEMPİONLUQ MƏNİM ÜÇÜN HƏR ŞEYDİR." ( FUTBOL+, 19.04.2005)
"Qarabağ" zirvədə olsa da, təqvim cəhətdən ağdamlıların vəziyyəti heç də yaxşı deyil. Xüsusilə də İ.Ponomaryovun yetirmələrinin "Turan" və "Xəzər"L-la səfərdə oynayacağı vurğulanmalıdır. Hər şeyə rəğmən komandanın mövsüm ərzində üçüncü kapitanı - Vadim Vasilyev nikbin əhval-ruhiyyədədir.
- Əlbətdə ki, çempionluq şansımız var. Müvsümü major notda birirəcəyimizə inanırıq. 7 oyunumuz qalıb. 18 xal toplasaq kifayətdir.
-Üç xal itkisi hansı komanda ilə oyunda baş verə bilər?
- Nə bilim görək də. Amma onu deyim ki, hər şey "üçlüyün" öz aralarındakı oyunlarda həll olunacaq.
-"Qarabağ"əın əsas üstünlüyünü nədə görürsünüz?
- Bizim üçün minuslar daha çoxdur.(Gülür). Özünüz görürsüz də, ikinci dövrədəki oyunların əksəriyyətini səfərdə keçirməli oluruq.
-Hələ Tovuz və Lənkərana da səfər etməlisiniz.
-Bəli. Amma bütün bunlara baxmayaraq, yeganə məqsədimiz çempion olmaqdır.Komandada hamı ümidlə yaşayır. Şəxsən mənim üçün çempionluq hər şeydir.
-Səncə daha güclü heyətə malik "Neftçi" və "Xəzər"Lənkəranın ÇL-na getməsi üçün daha yaxşı olmazdımı?
- Yəqin ki, ÇL-a vəsiqə qazansaq, bizim heyətimiz də gücləndirirlər.
-Samirlə Qurbana nəsözün var?
-Hər ikisinə yalnız uğurlar arzulayıram.