www.qarabagh.com - ən yaxşı klub və 2-ci idman saytı...

single-news
19 Dek 2009

www.qarabagh.com - ən yaxşı klub və 2-ci idman saytı...



`Qarabağ`ımız sistemli fəaliyyəti növbəti uğurlarını qazanmaqdadır. Belə ki, modern, müasir və peşəkarlıq yönündə kompleks şəklində görülən işlərin bəhrəsi qazanılmaqdadır. Əsas komandamız və əvəzedici heyətlərin uğurları, uşaq futbolunun sistemli təşkili və bütün bu sistemin işıqlandırılması yönündə günün qlobal tələbləri baxımından internet sektorunun fəaliyyəti kommunikasiya və xəbər funksionallığı cox vacibdir. Belə də, klubumuz tərəfindən rəsmi internet səhifəsi sayılan www.qarabagh.com-un mütəmadi olaraq yeni dizayn, yüksək texniki imkanlar, operativ yenilikləri prinsipial amil edərək çıxılan yolda uğurları qaçınılmazdır.

Nəinki, klubun eyni zamanda Azərbaycan və dünya futbolunda baş verən yenilikləri anında, foto-videolu zənginliklə izləyicilərinin diqqətinə təqdim edən rəsmi internet səhifəmiz mübaliğəsiz olaraq bir nömrəli klub saytı olmaqla yanaşı, sferasını genişləndirərək idman saytı kimi də nüfuz qazanmışdır.

Azərbaycan İnternet  Forumu 2009-cu ildə müxtəlif kateqoriyalar üzrə ölkənin ən yaxşı saytlarını müəyyənləşdirmək üçün müsabiqə keçirmişdir. Məzmun-informasiya, dizayn, texnoloji funksionallıq təyinatları baxımından 563 saytın qəbul etdiyi müsabiqəyə ilkin olaraq 216 saytın ilkin mərhələdə sıradan çıxdığı, finala isə  67 saytın qaldığı müsabiqədə idman nominasiyasında www.qarabagh.com-un artıq ən yaxşı klub saytı seçildiyi və idman kateqoriyasında  ilk `5`liyə daxil olduğu bəlli idi. Beləliklə, Azərbaycan İnternet Forumunun açıqladığı nəticələrə əsasən www.qarabagh.com ilin ən yaxşı klub saytı olmaqla yanaşı ən yaxşı 2-ci idman saytı seçildi.

Beləliklə, www.qarabagh.com 5 ildən artıq fəaliyyəti dövründə qazandığı növbəti uğurla gələcək uğurlar üçün əlavə motivasiya resursları qazandı. Bu hələ son deyil...

Paylaş

// pop up