www.qarabagh.com yeni serverlə, daha sürətlə

single-news
3 Sen 2010

www.qarabagh.com yeni serverlə, daha sürətlə



Hər zaman izləyicilərinə keyfiyyətli, operativ məlumat verməyi qarşısına ümdə hədəf qoyan www.qarabagh.com  yenə də iş başındadır. Məlum olduğu kimi Azərbaycanın ilk klub saytı olan www.qarabagh.com  6 illik keçmişə malikdir. Belədə 2004-cü ildən bu günə qədər `Qarabağ`Futbol Klubunun bütün  oyunlarının fotoları, qolları, xəbərləri, videoları və başqa faylları ilə yüklənən saytın iş rejimi təbii olaraq ağırlaşmışdı. Məhz zəngin arxivin yaratdığı lənglik izləyicilərimizin haqlı olaraq narazılığına səbəb olurdu.
Amma artıq bu problem arxada qalıb. `Qarabağ`ımız rəsmi səhifəsi yeni serverə keçərək artıq daha operativ vəziyyətdə çalışacaq. Artıq səhifəmizə daxil olduğunuz zaman ani tıklayış kifayət edəcək. Yeni serverə köçürülməsi zamanı saytımızın zəngin arxivə malik olması prosesin bir qədər uzun sürməsinə səbəb olub. Bu səbəbdən izləyicilərimizdən bir daha üzr istəyirik. Yaxın zamanlarda saytımızla bağlı son tamamlama işləri də başa çatacaq.
Bu
www.qarabagh.com -la bağlı sonuncu xəbər deyil. Yaxın zamanlarda www.qarabagh.com  hər zaman olduğu kimi Azərbaycanda ilk olan, unikal layihələrə hüzurunuza gəlməyi planlaşdırır. Odur ki, bizi izləməyi unutmayın...

Paylaş

// pop up