Xayme Romero 10-15 gün yaşıl meydanlardan uzaq qalacaq

24 Sen 2019
Xayme Romero 10-15 gün yaşıl meydanlardan uzaq qalacaq
Dünən "Zirə"ylə matçda zədələnən futbolçumuz Xayme Romero bu gün tibbi müayinədən keçib. Futbolçumuzun çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçumuz bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.