“Xeyli sayda qol şanslarımız oldu”

single-news
27 Sen 2024

“Xeyli sayda qol şanslarımız oldu”



Avropa Liqasında Liqa mərhələsinin ilk turu çərçivəsində keçirilən “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçından (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:

 

“Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol şanslarımız oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi. Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”.

 

Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.

Paylaş

// pop up