`Xəzər-L.` - `Qarabağ`: Möhtəşəm qələbə,1:2

`Xəzər-L.` - `Qarabağ`: Möhtəşəm qələbə,1:2
`XƏZƏR L.`: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian İordaşe, Konstantin Arbanas, Allan Lalin, Rahid Əmirquliyev, Emeka Opara, Radomir Todorov, Alim Qurbanov, Stelian Stanku
`QARABAĞ`: Fərhad Vəliyev (k), Aftandil Hacıyev, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Vüqar Nadirov, Rauf Əliyev, Admir Teli, Devran Ayhan, Ansi Aqolli, Andrey Rubins
Hakim: Rövşən Əhmədov
1`- Oyun başlayır
4`- `Qarabağ` hücumu... Rauf Əliyev sürətlə irəliləyir... Və hesab açılır... QOOOOOOOOL!!!!
7`- Növbəti `Qarabağ` hücumu... Aqollinin Raufa ötürməsi... Raufun qapı qarşısındakı Vüqara ötürməsi... Lakin Vüqar zərbə vurmaq üçün gecikir
8`- `Qarabağ`ın əks hücumu... Lakin Rauf topu itirir
10`- Daha bir hücumumuz... Lakin Rauf ofsayta düşür
11`- Vüqar cərimə zərbəsini yerinə yetirir, qapı qarşısına ötürmə, lakin topa çatan olmur
12`- `Xəzər L.` hücumu.. Allan Lalin qapıya doğru zərbəsi və top qapının yanından keçir
16`- `Xəzər L.` hücumu.. Və hesab bərabərləşir... 1:1
18`- `Qarabağ`ın əks hücumu... Lakin Vüqar topu itirir
20`- Stelian Stanku sarı vərəqə alır
21`- Rauf Əliyev irəliləyir, lakin o topu itirir. Hücum davam edir, lakin top uzaqlaşdırılır
23`- Növbəti `Qarabağ` hücumu... Vüqarın Raufa ötürməsi...Rauf irəliləyir... lakin ona qarşı qayda pozulur
24`- Aqolli cərimə zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
26`- Aqollinin qapı qarşısına ötürməsi... lakin Kamran topa tez çatır və tutur
27`- Daha bir `Qarabağ` hücumu... lakin nəticəsizdir
29`- `Qarabağ` hücum qurmağa çalışır... Devran Ayhana qarşı qayda pozulur
32`- `Xəzər L.` hücumu... qapıya doğru zərbə və Fərhad topu dəf edir
33`- Devran Ayhana qarşı Stankun kobudluq edir... Və `Xəzər L.`da ilk oyunçu dəyişikliyi edilir. Stelian Stankunu Asif Məmmədov əvəzləyir
35`- Opara cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə və top qapıdan aralı keçir
36`-`Qarabağ`ın əks hücumu... Raufun qapıya doğru zərəsi, lakin top az fərqlə qapıdan aralı keçir
40`- Rubins irəliləyir... lakin top meydandan çıxır
41`- `Xəzər L.` hücumu... Fərhad topu tutur
42`- `Qarabağ`ın əks hücumu... lakin top meydandan çıxır. Vüqar künc zərbəsini yerinə yetirir, lakin Alim Qurbanov topu uzaqlaşdırır
45`- `Qarabağ` növbəti hücumu qurmağa çalışır... Lakin Vüqar topu itirir
45+1`- Vüqarın çox gözəl daban ötürməsi... Aqollinin qapı qarşısına ötürməsi...lakin Kamran topu tutur. Və hakim ilk hissəni bitirir
46`- İkinci hissəyə `Xəzər L.` başlayır
49`- `Xəzər L.` hücumu.. Allan Lalinin qapıya doğru zərbəsi və top qapıdan aralı keçir
52`- `Qarabağ` hücumu... lakin Vüqar topu itirir
55`- Aqolli cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə... lakin Kamran topu tutur
58`- `Qarabağ` hücumu... Vüqarın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
61`- Rəşad Sadiovun uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
63`- `Xəzər L.` hücumu... uzaqdan qapıya doğru zərbə və Fərhad topu tutur
66`- Vüqar künc zərbəsini yerinə yetirir.. Elnur Allahverdiyev topu uzaqlaşdırır. Hücum davam edir, Rəşadın uzaqdan qapıya doğru qüvvətli zərbəsi, lakin top qapının yanından keçir
69`- Vüqar künc zərbəsini yerinə yetirir, qapıya doğru qüvvətli zərbə.. lakin top qapı tirinə dəyir
71`- `Qarabağ`da iki oyunçu dəyişikliyi edilir...Vüqar Nadirovu Adamiya, Andrey Rubinsi Elvin Məmmədov əvəzləyir
74`- Elvin Beqiri cərimə zərbəsinin yerinə yetirir, lakin top uzaqlaşdırılır
75`- `Qarabağ`ın əks hücumu... Rəşadın Raufa gözəl ötürməsi... Raufun qapıya doğru zərbəsi və QOOOOOOL! Hesab 1:2
77`- `Xəzər L.` hücumu... lakin hücumun qarşısı alınır
80`- `Xəzər L.` hücumu... Lalin hakimi yanıltmağa görə sarı vərəqə alır
81`- `Qarabağ`ın əks hücumu... Adamiyanın qapıya doğru zərbəsi, lakin Kamran topu tutur
82`- `Xəzər L.`da iki oyunçu dəyişikliyi... Oparanı Amid Hüseyinov, Asif Məmmədovu Ruslan Poladov əvəzləyir
84`- `Xəzər L.` künc zərbəsini yerinə yetirir, lakin Maksim topu uzaqlaşdırır
85`- `Qarabağ`ın əks hücumu... Adamiya qapıçı ilə təkbətək qalır, lakin o 3-cü qolu vurmaq üçün gecikir
86`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Rəşad Sadiqovu Samir Abbasov əvəzləyir
87`- `Qarabağ` hücum qurmağa çalışır.. Adamiyanın Raufa ötürməsi, lakin Rauf ofsayta düşür
89`- Devran Ayhan zədələnir və ona meydanın kənarında tibbi yardım göstərilir
90`- `Xəzər L.` hücumu, Elvin Beqirinin qapıya doğru zərbəsi... Fərhad topu tutur
90+1`- Elvin Beqiri cərimə zərbəsini yerinə yetirir və qapıya doğru zərbə və Fərhad topu tutur
90+3`- `Qarabağ`ın əks hücumu.. Adamiyanın Elvinə ötürməsi, lakin Elvin ofsayta düşür və hakim fitdən sonra zərbə endirdiyi üçün arı vərəqə alır
90+4`- Və hakim oyunu bitirir.
`Qarabağ` səfərdə möhtəşəm qələb qazanır