`Xəzər-Lənkəran` hazırlıqları başladı
13 Mar 2010
`Xəzər-Lənkəran` hazırlıqları başladı
Dünən `Bakı`yla premyerliqanın final mərhələsinin ilk turunda qarşılaşan komandamız dərhal hazırlıqlara başlayıb. İstirahət etmədən `Xəzər-Lənkəran`la ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşünə hazırlaşan komandamız bazaya toplaşıb. Suraxanı qəsəbə stadionunda başa tutan məşq saat yarım davam edib. `Bakı`yla oyunda 90 dəqiqə meydanda qalan futbolçular elə də yüklənməyib və yüngül qaçışla yadda qalıblar. Hazırlıqlarını ayın 15-nə kimi Bakıda davam etdirəcək komandamız həmin gün Lənkərana yollanacaq. Martın 17-si baş tutacaq cavab görüşünə qədər komandamız cənub bölgəsində məşq etməyi plana daxil edib.