“XƏZƏR-LƏNKƏRAN” HEC-HECƏYLƏ BAŞLADI

single-news
18 İyl 2007

“XƏZƏR-LƏNKƏRAN” HEC-HECƏYLƏ BAŞLADI



Çempionlar liqasında Azərbaycanın şərəfini qoruyan son ölkə çempionu “Xəzər-Lənkəran” turnirdə ilk matçına çıxıb. Aeroportun olmaması səbəbindən Lənkəranda deyil Bakıda keçirilən matçda cənubluların rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Matçın ilk dəqiqələri daha çox kəşfiyyat xarakteri daşıyıb. Daha sonra təcrübəsini ortaya qoyan qonaqlar ərazi üstünlüyünü ələ keçirsələrdə real qol imkanları yaratmaqda çətinlik çəkirdi. İlk yarıda tərəflərin səyinə baxmayaraq hesabı açılmadı.İkinci hissədə isə..

Hələ ilk yarıda ötən mövsüm Azərbaycan çempionatının bombardiri olmuş Zaur Ramazanov fəal oyunuyla diqqəti cəlb edirdi. Xüsusilə, bir epizodda əla texnikasıyla 2 oyunçunu kecsədə zərbəsindən sonra qayıdan topu Osvaldo boş qapıdan keçirə bilmədi. Lakin Hər halda Ramazanov öz sözünü deyə bildi. Sultanovun əla ötürməsindən sonra bir oyunçunu keçib qapıçıyla təkbətək qalan Zaur komandasını önə keçirdi. Lakin qol sevincimiz cəmi 4 dəqiqə sürdü. 63-cü dəqiqədə Todorovun səhvindən sonra Etto hesabı bərabərləşdirdi. 72-ci dəqiqədə isə “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyev yersiz kobudluqla komandasını azlıqda buraxdı. Buna baxmayaraq, təmsilçimiz sona qədər mübarizə apardı. 84-cü dəqiqədə isə Osvaldonun güclü zərbəsinə qapıçı Kox inanılmaz reaksiya göstərdi. Beləliklə, matç bu hesabla başa çatınca Cempionlar liqasında evdə 6 illik qol buraxmama seriyası dayansa da məğlubiyyətsizlik seriyasını qoruya bildik.                                                       

 

Paylaş

// pop up