“Xəzər-Lənkəran” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir (ÇEMPİON, 03.04.2006)

single-news
3 Apr 2006

“Xəzər-Lənkəran” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir (ÇEMPİON, 03.04.2006)



XƏZƏR-LƏNKƏRAN - QARABAĞ = 2 - 0 ”Xəzər-Lənkəran”: 1. Aleksandr Martyoşkin, 5. Emin Quliyev, 6. Füzuli Məmmədov, 7. Mahmud Qurbanov, 9. Robert İlyeş, 18. Alim Qurbanov (3. Ədaim Niftəliyev 90+2), 14. Daniel Muntyanu, 15. İonit Savu (10. Xaqani Məmmədov, 64), 27. Rəşad Abdullayev, 29. Zaur Ramazanov (17. Vüqar Nadirov, 83), 73. Miroslav Saviç. Baş məşqçi: Viktor Pasulko. ”Qarabağ”: 12. Cahangir Həsənzadə, 3. Azər Məmmədov, 4. Vasif Haqverdiyev, 5. Sergey Sokolov, 8. Aslan Kərimov, 11. Elmir Xankişiyev, 13. Egidius Yuşka (14. Namiq Yusifov, 14), 15. Mübariz Orucov, 16. Fərid Quliyev, 17. Bojan İliş, 21. Qoqa Beraya. Baş məşqçi: Böyükağa Ağayev Qollar: A. Qurbanov, 54; R. İlyeş; 73 Sarı vərəqələr: V. Haqverdiyev, 4; A. Məmmədov, 45+1; A. Qurbanov, 52 Hakimlər: İmanxan Sultani, Elman Musayev, Azər Əsgərov, Elvin Əsgərov Hakim-inspektor: Əliisgəndər Nağıbəyov Stadion: Lənkəran Olimpiya Kompleksi, 2017 tamaşaçı Yeddi görüşdür ki, heç bir rəqibə boyun əyməyən “Xəzər-Lənkəran” “Qarabağ”la qarşılaşmaya da iddialı çıxmışdı. Buna baxmayaraq, ilk qol vəziyyətini qonaqlar yaratdılar. Mübariz Orucovun 12-ci dəqiqədə vurduğu zərbədən sonra top qapıdan azacıq aralı keçdi. Az sonra ağdamlıların estoniyalı forvardı Egidius Yuşka zədələnərək Namiq Yusifovla əvəzləndi. İlk hissədə lənkəranlılar rəqib qapısı önündə təhlükəli vəziyyət yarada bilmədilər. İkinci hissənin əvvəlində “Qarabağ”lı Fərid Quliyev Martyoşkinin səhvindən sonra əla imkandan yararlanmadı. Bundan sonra isə oyun ev sahiblərinin hücumları ilə davam etdi. 54-cü dəqiqədə Alim Qurbanov əla zərbə ilə topu qapının “doqquzluğ”una göndərərək hesabı açdı. 19 dəqiqə sonra Robert İlyeş mövsümdə ikinci qolunu vurdu. Matçı 2:0 hesablı qələbə ilə başa vuran “Xəzər-Lənkəran” 6-cı pilləni tutmaq şansını davam etdirdi. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Bir çox oyunçularımız oynamırdı. Buna görə də nəticəni normal sayıram. İkinci hissənin əvvəlində Fərid Quliyev şansdan yararlansaydı, vəziyyət fərqli də ola bilərdi”. Viktor Pasulko (”Xəzər-Lənkəran”ın baş məşqçisi): “Oyunçular verdiyim tapşırıqları yerinə yetirə bildilər. Nəticədən razı qaldım”.

Paylaş