Xəzər-Lənkəran` - `Qarabağ` 1:0
Xəzər-Lənkəran` - `Qarabağ` 1:0
`Qarabağ`ımız titulunu qoruya bilmədi. `Xəzər-Lənkəran` qarşısında 9 nəfər qalmasına baxmayaraq sona qədər qəhrəmancasına vuruşan komandamız meydandan Kabralın vurduğu kuryoz qolla məğlub ayrıldı. İlk oyunda 2:1 qələbə qazansa da, səfər qolu səbəbindən cənub klubu növbəti mərhələyə yüksəldi.
`Qarabağ`: Fərhad Vəliyev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Aslan Kərimov, Rəşad Sadiqov, Namiq Yusifov, Elvin Məmmədov, Georgi Adamiya, Rauf Əliyev
1 - `Qarabağ` oyuna mərkəzdən başladı
1 - Dərhal komandamız irəli atıldı. Adamiyanın ötürməsini müdafiəçilər uzaqlaşdırdı
3 – Oyun yüksək templə başladı. Qarşılıqlı hücumlar gedir
4 – Görüşdə ilk cərimə 4-cü dəqiqədə qeydə alınır
4 – Sadıqovun zərbəsi qapının üstündən keçir
6 – Əmirquliyevin zərbəsi qapının üstündən keçir
8 – Oparanın baş zərbəsi dirəyə dəyib meydana tərk edir
10 – Opara ilk ofsayda düşür
14 – Rahidin zərbəsini Fərhad dəf edir
15 – Kabralın künz zərbəsi birbaşa qapıya daxil olur. `Xəzər-L` hesabda önə keçir
17 – Opara növbəti dəfə zərbə vurur, top Fərhadda qalır
20 –Raufun asmasında Kamran hər kəsi qabaqlayır
21 – Adamiyanın künc zərbəsi zamanı Kamran dəqiq oynayır
25 – Komandamız bu dəqiqələrdə ərazi üstünlüyünü ələ keçirməyə çalışır
30 – Yarıms aat geridə qaldı. `Xəzər-L.` 1:0 irəlidədir
33 – Kabral Aslana qarşı kobudluğa görə ilk sarı vərəqəni alır
34 – Sadıqovun növbəti cərimə zərbəsi dəqiq olmur
38 – Teli əla qol şansını boşa verir.Sadiqovun sağ cinahdan 2 nəfəri keçərək Teliyə əla ötürmə versə də, alban son zərbəni dəqiq endirə bilmir
43 – Lalinin zərbəsi dəqiq olmur
45 - Elnur sarı vərəqə alır
45 – İlk yarı başa çatdı
46 – Ikinci yarı başladı
48 – Opara növbəti dəfə qapını yoxlayır
49 – Sadiqovun zərbəsi müdafiəçilərdən dönür
51 – Kabralın cərimə zərbəsini Fərhad 2 həmlə dəf edir
53 – Elnurun yaxın məsafədən vurduğu zərbəni Kamran məharətlə dəf edir
54 – Cərimə meydançasına ardıcıl 2 həmlə bir fayda vermədi
56 – Adamiya ofsayda düşür
57 – Kabralın cərimə zərbəsini dəf edir
58 – Əks-hücum zamanı Rauf 3 müdafiəçini keçsə də son ötürməni edə bilmir
59 – Oyunda temp yenidən yüksəlib
60 – Aslanın yerinə Vüqar meydana daxil olur
61 – Vüqar topa ilk toxunuşunda topu Kamrana göndərir
63 – İnanılmaz!! Sadiqovun yerlə ötürməsinə heç kim çata bilmir
64 – Elnur 2-ci sarı vərəqəni alaraq meydandan qovulur
65 – Pexa sarı vərəqə alır
67 – Adamiyanın yerinə Emin İmaməliyev meydanda daxil olur
68 – Rauf ağır zədələnir
70 – Kalinkov Lalinin yerinə meydana daxil olur
73 – Vüqar əlverişli mövqədən ötürməsinə heç kim yetişə bilmədi
74 – Elvinin uzaqdan zərbəsi qapıdan aralı keçir
75 – Kalinkovun yerinə Mario oyuna daxil olur
80 – Son 10 dəqiqə
81 – Vüqar sağ cinahdan keçərək yerlə ötürmə etsə də Rauf qapıya dəqiq zərbə endirə bilmir
83 – Namiqin yerinə Zaur meydana daxil olur
85 – Son 5 dəqiqə
86 – Hakim Sadiqova adi bir kobudluğa görə qırmızı vərəqə göstərir. Komandamız oyundsa 9 nəfərlə qalır
87 – Hakimin bu qərarı komandamız tərəfindən narazılıqla qarşılanır
88 – Ceyhun Sultanov Svetkovun yerinə daxil olur
90 – Elvin!!! Qapıçıyla təkbətək çıxsa da, qapıya zərbə endirə bilmədi
90 – Oyuna 4 dəqiqə əlavə olundu
90+2 - Həşimova sarı vərəqə göstərilir
90+3 -Ola bilməz!! SAdıqovun cərimə zərbəsi dirəkdən dönür...
90+4 – Oyun başa çatdı.