`Xəzər-Lənkəran` - `Qarabağ`. 4 oyunda ardıcıl qələbə.Statistika

single-news
12 Fev 2010

`Xəzər-Lənkəran` - `Qarabağ`. 4 oyunda ardıcıl qələbə.Statistika



Sabah Lənkəranda əsl derbi baş tutacaq. Çempionluq uğurunda mübarizə aparan 2 əyalət komandası tarixlərində 12-ci dəfə çempionatda üz-üzə gələcəklər.

Bəs görəsən, geridə qalan 6 illik mübarizədə tərəflərin tarixi nəticələri nədən ibarətdir?

2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi. Əvəzində  komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.

2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk oyunda "Şəfa" stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”, cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.

2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olurur. Uyğun olaraq 2:0 və 4:1.

2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərmişdilər. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.

2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqlərində cavab verə bildi. Belədə, komandamız 3 xalı aktivinə yazdı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.

Və cari birincilik. Bu dəfə ilk oyun Quzanlıda baş tutdu. Görüşün 85-ci dəqiqəsində Rauf Əliyev Vüqar Nadirovun ötürməsini fantastic baş zərbəsi ilə tora göndərdi və bu rəqib üzərində ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi. Komandamızın bu oyunların 3-ndə qapısı toxunulmaz saxlayıb.

Digər maraqlı məqam isə rəqiblərin indiyə kimi heç-heçə razılaşmamaları olub. Rəqibin 5 qələbəsi fonunda komandamız 6 dəfə 3 xala sevinib.

Paylaş

// pop up