`Xəzər-Lənkəran` - `Qarabağ`. 5:6 və 16:12. Statistika
`Xəzər-Lənkəran` - `Qarabağ`. 5:6 və 16:12. Statistika
Sabah Lənkəranda `Qarabağ`ımız yerli komandanın qonağı olacaq. `Xəzər-Lənkəran` - `Qarabağ` matçının tarixi cəmi 6 ilə sığsa da, daim maraqlı və gərginliyi ilə seçilib. Komanadnın bu müddətdə yollarının kəsişməsinin xülasəsini sizə təqdim edirik:
2004-2005 mövsümündə baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi. Əvəzində komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.
2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk dövrədə `Şəfa` stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”, cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.
2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olurur. Uyğun olaraq 2:0 və 4:1.
2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərmişdilər. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.
2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqlərində cavab verə bildi. Belədə, komandamız 3 xalı aktivinə yazdı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
2009-2010. Bu mövsüm çempionatının yeri formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla komandamıza qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü.
Beləliklə, göründüyü kimi komandamız çempionat çərçivəsində lənkəranlılara 5 oyundu məğlub olmur. Bu matçların 4-ündə qələbə qazanan komandamız sonuncu görüşdə rəqibinə xal verib. Daha konkret götürdükdə isə çempionatda komandamız 3 ildi `Xəzər-Lənkəran`a məğlub olmur. Sonuncu dəfə 2007-ci ilin avqustunda Lənkəranda yerli komanda qələbə qazanıb.
Bu keçirilən 12 görüşün tən yarısında qələbə qazanan komandamız 5 dəfə xal qazana bilməyib və sonunçu matçdan isə qol səsi çıxmayıb. Topların fərqinə gəlincə isə burda cənublular üstündür, 12-16.