"Xəzər Lənkəran" - "Qarabağ" mübarizəsi darmadağınla başladı (korner.az)

single-news
12 Fev 2010

"Xəzər Lənkəran" - "Qarabağ" mübarizəsi darmadağınla başladı (korner.az)



Premyer-Liqanın 20-ci turu çərçivəsində şənbə günü Lənkəranda baş tutacaq "Xəzər Lənkəran" - "Qarabağ" mübarizəsi darmadağınla start götürüb. "Korner.az" xəbər verir ki, bu gün sözügedən klubların 17 yaşlılardan ibarət komandaları arasında baş tutan qarşılaşmada qapılara nə az, nə çox - 9 top vurulub. Bunlardan 8-i isə "Xəzər Lənkəran"ın qapısından keçirilib. Belə ki, rəqibi üzərində 8-1 hesabıyla qalib gələn Ağdam futbolçuları inamlı qələbəyə imza atıblar. Qeyd edək ki, əsas komandaların duelindən bir gün öncə, yəni sabah "Xəzər Lənkəran"la "Qarabağ"ın əvəzediciləri də münasibətlərinə aydınlıq gətirəcək.


 

Paylaş

// pop up