“XƏZƏR-LƏNKƏRAN” SONA QƏDƏR DÖYÜŞDÜ
“XƏZƏR-LƏNKƏRAN” SONA QƏDƏR DÖYÜŞDÜ
Çempionlar Liqasının ilk turuna yekun vurulub. Azərbaycan çempionu “Xəzər-Lənkəran” əlavə vaxtda buraxdığı qollarla acınacaqlı şəkildə məğlub olub. Halbuki matç təmsilçimiz üçün çox yaxşı başlamışdı. Artqı 14-cü dəqiqədə Juniorun vurduğu qolla önə keçən “Xəzər-Lənkəran” ilk yarıda hessabı qoruya bilib. Lakin, ikinci yarıdabir vaxtlar “Trabzonspor” və Xorvatiya millisindən tanıdığımız Dovor Viqrunets hesabı bərabərləşdirib. 79-cu dəqiqədə isə komandaız azlıqda qalıb. Bu dəfə Edmond T`iomoa komandasını azlıqda qoyub. İlk oyunda da eyni hesab qeydə alındığından tərəflər əlavə vaxt oynamalı olublar. Azlıqda qalmaqla yorulan komandamız artıq xorvatların təzyiqlərinə dözməyib. Buraxılan iki qol Çempionlar Liqası ilə vidalaşmağımıza səbəb oldu. Beləliklə, ÇL-də ardıcıl ikinci dəfə ilk mərhələni keçə bilmədik.