`Xəzər-Lənkəran` üçün başladı...

single-news
4 May 2010

`Xəzər-Lənkəran` üçün başladı...



`Qarabağ`ımız hazırlıqlara başlayıb. Şənbə günü `İnter`lə qarşılaşmadan sonra komandamız baş məşqçi Qurban Qurbanovun başçılığı altında bazar günü bir çalışmayla kifayətlənib.  Daha çox fiziki kondensiyaların bərpasına yönəlmiş hazırlıq 1 saat sürüb. Dünən isə komandamız istirahət edib. Bu gündən etibarən isə komandamız `Xəzər-Lənkəran`la cari mövsümdə Quzanlıda baş tutacaq  sonuncu oyunun hazırlıqlara başlayıb. Bu günə komandamızın 2 hazırlığı nəzərdə tutulub. Suraxanı qəsəbə stadionunda keçirilən məşqlərə ötən tur cəza üzündən oyunu buraxan Admir Teli də qatılıb.

Son oyunda zədələnən Aslan Kərimovun zədəsi elə də ciddi deyil. Əfsanəvi kapitan sabahdan etibarən məşqlərə başlayacaq.

Paylaş

// pop up