"XƏZƏR-LƏNKƏRAN" YARIMFİNALDA
"XƏZƏR-LƏNKƏRAN" YARIMFİNALDA
«MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku»nda çıxış edən «Xəzər-Lənkəran» dünən 1/4 final mərhələsində Moldovanın «Şerif» klubu ilə qarşılaşıb. Matçın əvvlində rəqiblər daha fəal oyun nümayiş etdiriblər və bu da 35-ci dəqiqədə öz bəhrəsini verdi.Daha sonra Souza hesabı bərabərləşdirdi. Sonra Balima yenə hesab arasında fərqi artırdı. Souza yenidən hesabı bərabərləşdirməyə nail oldu. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Oyunun taleyi penalti zərbələri zamanı həll olundu. Mircavadov Kramarenkonu Kamranla əvəzlədi. Bu dəyişiklik öz bəhrəsini verdi. Emin hesabi achir, daha sonra Kamran Tarxnişvilinin zərbəsini qaytardı. Oyunda son nöqtəni yenə Souza qoydu. Azərbaycan çempionunun yarımfinal mərhələsində rəqibi Belarusun BATE komandası olacaq. «Xəzər-Lənkəran» - BATE oyunu yanvarın 25-də Bakı vaxti ilə saat 17:00-da keçiriləcək. Yarımfinalın digər görüşü isə "Kaunas" və "Paxtakor" komandaları arasında olacaq. Bu oyun isə Bakı vaxtıilə saat 20:00-da baş tutacaq.