"XƏZƏR-LƏNKƏRAN"DA "QARABAĞ"LA OYUN ÖNCƏSİ FUTBOLÇU SIXINTISI.(Futbol+Qol, 11-13 dekabr,2004)

single-news
11 Dek 2004

"XƏZƏR-LƏNKƏRAN"DA "QARABAĞ"LA OYUN ÖNCƏSİ FUTBOLÇU SIXINTISI.(Futbol+Qol, 11-13 dekabr,2004)



14-cü turda Cəlilabadda "Neftçi" klubu ilə görüşdən sonra Lənkəranın "Xəzər" komandasının aparıcı futbolçularından bəziləri "Qarabağ"la oyuna çıxa bilməyəcək.Komandanın kapitanı Arif Əsədov flaqmanla sözügedən matçda dördüncü sarı vərəqəsini aldığı üçün bu oyunu buraxacaq.Əsədovdan fərqli olaraq, cənub komandasının digər iki müdafiəçisi zədəlidir. "Neftçi" ilə qarşılaşmada məhz bu səbəbdən meydana çıxa bilməyən Miroslav Saviç hələ də həkim nəzarəti altındadır.Flaqmanla oyunda meydanı vaxtından əvvəl tərk edən Ədahim Niftəliyevin zədəsi isə ciddidir.Klubun baş məşqçisinin verdiyi məlumata görə, "Qarabağ"la oyunun çətin keçəcəyi söyləsə də, qələbəyə inanır: " Ağdamlılar "Şahdağ-Samur" komandası ilə oyunda iki xal itirib.Bu səbəbdən yalnız qələbə üçün çıxacaq".

Paylaş

QARABAĞI UNUTMA!