“XƏZƏR-LƏNKƏRAN”DAN GÜCLÜ OLDUĞUMUZU GÖSTƏRDİK” (supersport.az)
“XƏZƏR-LƏNKƏRAN”DAN GÜCLÜ OLDUĞUMUZU GÖSTƏRDİK” (supersport.az)
Supersport.Az-a açıqlamasında “Qarabağ”ın və milli komandanın qapıçısı Fərhad Vəliyev belə deyib.
“Xəzər-Lənkəran”la oyunlarımız həmişə çətin və maraqlı keçib. Bu dəfə də belə oldu. Qol vurmaq üçün həm bizim, həm də rəqibin imkanları vardı. Ancaq komandamız daha yaxşı oynayaraq qalib gəlməklə güclü olduğunu göstərdi”. Qolkiper qələbəyə görə təşəkkür etməyi yaddan çıxarmayıb: “Allaha şükür ki, ardıcıl qələbələr qazanırıq. Daim bizi tək qoymayan, dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. Uşaqların hamısına minnətdaram. Qələbə münasibətiylə hamını təbrik edirəm". Arxayınlaşmayacaqlarını bildirən Vəliyev fikrini, “Bu qalibiyyətdən sonra “altılıq”da yerimizi möhkəmləndirdik. Liderlər sırasında olsaq da, arxayınlaşmaq olmaz. Qarşıda uzun marafon var və yolumuza belə davam etməliyik” sözləri ilə tamamlayıb.