"Xəzər-Lənkəran"ı "Qarabağ" da sınağa çəkəcək (idman.azer.net, 01.10.2005)

single-news
1 Okt 2005

"Xəzər-Lənkəran"ı "Qarabağ" da sınağa çəkəcək (idman.azer.net, 01.10.2005)



Bu gün futbol üzrə Azərbaycanın 14-cü milli çempionatında 6-cı turun oyunları start götürəcək. Turun mərkəzi görüşlərindən birində İmişlidə yerli MKT "Araz" paytaxtın "Neftçi" komandasını qəbul edəcək. Öz meydanında "Gəncə"yə uduzan flaqmanın çətin səfər mücadiləsi böyük maraqla gözlənilir. Uğursuzluq zolağından çıxa bilməyən və ardıcıl 4 məğlubiyyətə uğrayan "Xəzər-Lənkəran" isə Bakıda "Qarabağ"ın qonağı olacaq. Ağdam təmsilçilərini prinsipial oyunda ancaq qələbə qane etdiyi halda, cənubluları uğursuzluq zolağından çıxmaq üçün səfər heç-heçəsi də qane edir. Lider "Turan" Sumqayıtda "Gənclər Birliyi" ilə oyunda növbəti 3 xalını qazanaraq liderliyini qorumağa çalışacaq. Keçiriləcək oyunlarda göstərilən komandalar qarşılaşacaq: 1 oktyabr "İnter" -"Şahdağ" "Göyəzən"-"Karvan" "Gəncə"-"Olimpik" MKT "Araz"-"Neftçi" 2 oktyabr "Qarabağ"-"Xəzər-Lənkəran" OMİK-"Bakı" "Gənclər Birliyi"-"Turan" Bütün görüşlər saat 17:00-da başlayacaq. Əlavə edək ki, milli komandamızın DÇ-2006-nın Uels ilə seçmə oyunu, ölkə kubokunun 1/16 final mərhələsinin cavab görüşləri və Super Kubok matçı ilə əlaqədar milli çempionatda oktyabrın 22-nə qədər fasilə yaranacaq.

Paylaş