`Xəzər-Lənkəran`ın baş məşqçisi istefa verdi

`Xəzər-Lənkəran`ın baş məşqçisi istefa verdi
`Xəzər-Lənkəran`ını baş məşqçi postunda dəyişiklik baş verib. `6`lıqda qalma şansını çətinə salan Karles Bakes istefa verib.
`Xəzər Lənkəran`ın baş məşqçi postundan ayrılan Karles Bakes Premyerliqada cari mövsümündə istefası reallaşan 8-ci çalışdırıcı olub.
Mövsümün digər 7 istefası çempionatın 2012-ci ilə aid hissəsində gerçəkləşmişdi. Bakesə qədər 3 yerli və 4 əcnəbi postundan qovulmuşdu.
Türkiyəlilər Cevat Gülərlə (`Rəvan`) Fatih Kavlak (`Qəbələ`), bosniya və herseqovinalı Kemal Alispahiç (`Rəvan`), habelə yerli mütəxəssislər - Fuad İsmayılovla (`Kəpəz`) Əsgər Abdullayev (`Turan`), Bəhmən Həsənov (`Rəvan`), Yunis Hüseynov (`Xəzər Lənkəran`) mövsümün ilk 18 turunda postundan kənarlaşdırılmışdı. 8 istefadan 3-ü `Rəvan`da, 2-si `Xəzər Lənkəran`da gerçəkləşib. Digər 3 məşqçi dəyişikliyi `Qəbələ`, `Kəpəz` və `Turan`da baş verib.
Qeyd edək ki, Premyerliqanın startı ərəfəsində də 1 istefa gerçəkləşmişdi. Novruz Əzimov `Bakı`dan ayrılmışdı.