XIII MİLLİ ÇEMPİONAT - "QARABAĞ" RƏQƏMLƏRDƏ....

single-news
14 İyn 2005

XIII MİLLİ ÇEMPİONAT - "QARABAĞ" RƏQƏMLƏRDƏ....



- Mövsümün ilk qolunu 07.08.2004-cü ildə Aqil Məmmədov "Şəfa"nın qapısından keçirmişdir; - Mövsüm ərzində qapılara 684 qol vurulmuşdur. Bunlardan 61 -i "Qarabağ"ın payına düşür. - Mövsümün 200-cü qolunu Vüqar Nadirov "İnter"in qapısına, 300-cü qolunu Samir Musayev "Xəzər-L"na, 400-cü qolu Vadim Vasilyev "Karvan"ın qapısından keçirmişdir; - Samir Musayev "Göyəzən"lə(26.09.2004) , Vadim Vasilyev "OMİK"lə (31.10.2004) matçda het-trikə imza atmışlar; - "Qarabağ"ın heyətində bombardir 12 qolla Vadim Vasilyev olmuşdur. İkinci pilləni 11 qolla Samir Musayev tutmuşdur; - İki futbolçumuz- Mehman Yunusov "Göyəzən"lə matçda, Andrey Kolinenko "Şəmkir"lə matçda öz qapısından top keçirmişdir; - Mövsüm ərzində ən çox qol asisti olan futbolçu "Qarabağ"lı İsmayıl Məmmədovdur. O, 12 dəfə məhsuldar ötürmə etmişdir, özü isə dörd dəfə rəqib qapısına yol tapmışdır...

Paylaş