XIV GÜN: MATÇA HAZIRLIQ . . .
17 Yan 2007
XIV GÜN: MATÇA HAZIRLIQ . . .
"Qarabağ" Futbol Klubu 14-cü təlim gününə Fitness Klubda məşqlə başladı. Əvvəlcə yaxınlıqdakı meydançada isinmə hərəkətləri edən komanda saat 10:00-da Fitness Klubda öz yerlərini tutdular. Müxtəlif təyinatlı hərəkətlərlə məşq başa çatdı.
Günün ikinci məşqi isə bilavasitə taktiki gedişlər üzərində oldu. Baş Məşqçi Rasim Kara müxtəlif oyun düzülüşlərində futbolçuların edəcəkləri hərəkətlər üzərində komandanı işlətdi. Hər bir xəttin - müdafiənin, yarımmüdafiənin və hücum xəttinin müxtəlif oyun epizodarında edəcəkləri məşqin əsas preoriteti oldu...
Bundan sonra komanda ikitərəfli oyunla məşqi başa çatdırdı.
Xatırladaq ki, "Qarabağ" Futbol Klubu hazırlıq oyunları çərçivəsində növbəti 4-cü oyununu sabah yerli vaxtla 12:00-da Ukrayna təmsilçisi olan "Metallurq" (Zaporojye) komandasına qarşı keçirəcək.
Oyundan fotolar və oyunun gedişi barədə yalnız saytımızdan ən operativ məlumatları ala bilərsiniz. Saytımızı izləməkdə davam edin...