XIX tur təxirə salındı

single-news
8 Fev 2012

XIX tur təxirə salındı



Ölkədə davam edən qeyri-sabit hava şəraiti XIX turun təxirə salınmasıyla nəticələnib.

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Unibank Premyer Liqası və I divizionun təqvimində aşağıdakı dəyişikliklərin edilməsini
                                                         ƏMR EDİRƏM
Unibank Premyer Liqasının XIX turunun bütün görüşləri 10-11 fevral 2012-ci il tarixindən 07 mart 2012-ci il tarixinə keçirilsin.
Azərbaycan kubokunun 1/4 final ilk oyunları 07-08 mart 2012-ci il tarixindən 13-14 mart 2012-ci il tarixinə keçirilsin.
Azərbaycan kubokunun 1/4 final cavab oyunları 13-14 mart 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilsin.
I divizionun XVI turunun bütün görüşləri 11-12 fevral 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilsin.
PFL-in prezidenti                                                                                         R.Musayev

 

Paylaş

// pop up