Xocalı faciəsi unudulmadı, başqanla xatırlandı.Fotolar

Xocalı faciəsi unudulmadı, başqanla xatırlandı.Fotolar
Qan tariximiz heç vaxt unudulmur. 22 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Faciənin 22-ci il dönümündə `Qarabağ` Futbol Klubunun vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandamızla birgə faciəni yad edib.
Başqanımız əsas komandamızla məşqdən sonra görüşüb. Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 22 il öncə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqanımız baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd etdi ki, yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd etdi. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirdi.Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün insaniyyətin övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğuladı.
Tahir bəy tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu söylədi.
Qarabağ adının `Qarabağ`la fərq yaratdığını amma adımızı ən qürurulu şəkildə daşıdığımızı ifadə etdi. `Qarabağ`ın 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisi olduğunu bildirdi. `Qarabağ` adı bizi daha məsuliyyətli olmağa vadar etdiyini bildirdi.