Xocalı faciəsi yad edildi VİDEO
26 Fev 2018
Xocalı faciəsi yad edildi VİDEO
“Qarabağ”ımız qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmadı. Hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezidentimiz Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb. Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezidentimiz həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçularımıza geniş məlumat verib.
