Xocalı faciəsi yad edildi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5570.jpg)
25 Fev 2012
Xocalı faciəsi yad edildi
Qan tariximiz heç vaxt unudulmur. 20 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Faciənin 20-ci il dönümündə `Qarabağ` Futbol Klubunun vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandamızla birgə faciəni yad edib.
Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 20 il öncə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqanımız baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətinin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd etdi ki, yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd etdi. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün insaniyyətin övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğuladı.