Xocalı soyqırımı unudulmadı. Fotolar
Xocalı soyqırımı unudulmadı. Fotolar
Üstündən 18 il keçib. Nə qədər qansız soyqırım keçirilsə də, o tökülən qanlar xalqımızın beynində qan yaddaşının möhkəmlənməsinə səbəb oldu. Qarabağ və Qarabağ həssasiyyatı insanımızın mənəviyyatında ən incə tellərin formalaşmasına səbəb olub.
Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə `Qarabağ` Futbol Klubunun sponsoru olan `Azərsun Holdinq`, “Azərbaycanın Mətbuat Şurası`, `Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi` və `Təbliğat Mərkəzi`nin birgə təşəbbüsü ilə `Qarabağ` və Xocalı soyqırımının mətbuatda təbliğinə dəstək` adlı yazı müsabiqəsi keçirilmişdir.
Tədbiri ilk olaraq `Azersun Holdinq` və `Qarabağ` Futbol Klubunun vitse-prezidenti Tahir Gözel açaraq Xocalı soyqırımının bəşər tarixinə qara hərflərlə yazıldığını bildirərək Xocalı faciəsinin daim insanımızla yaşayacağını bildirib. Tahir bəy belə tədbirlərin əhəmiyyətindən və medianın bu olayı dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün xüsusi missiya daşımasının vacibliyini vurğuladı.
`Qarabağ` Futbol Klubu da bütün heyətlə məlum tədbirdə iştirak etdiyini bildirək.
Müsabiqədə isə birinci yeri `Kaspi` qəzetinin əməkdaşı Sənan Nəcəfov tutub.