Xocalı soyqırımından 32 il ötür

single-news
26 Fev 2024

Xocalı soyqırımından 32 il ötür



Bu gün Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 32 il ötür.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğında 613 insan vəhşicəsinə öldürülüb.

 

106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Paylaş