`Xocalıya ədalət`
25 Fev 2012
`Xocalıya ədalət`
Azərbaycan xalqı daim öz tarixinə sahib çıxır. Təxminən 20 il öncə azadlığına qovuşan ölkəmiz bu yolda çox qurbanlar verib. Belə hadisələrdən biri də Xocalı faciəsidir. `Qarabağ` Futbol Klubunun baş sponsoru olan `Azersun Holding` mədəniyyət mərkəzində 20 il öncə baş tutan faciə anılmışdır. `Xocalı ədalət` adlı bədii kompozisiyada 20 il öncə baş verən hadisə haqqında ətraflı məlumat verilib. Qan yaddaşımız bir daha təzələnib. Gənc nəslin tarixi dəyərlərimizə sahib çıxmasına daim önəm verən `Qarabağ` FK yeniyətmə komandası da tədbirdə iştirak edib və Xocalı faciəsinini gercəklikləriylə üz-üzə qalıb.
