Xorvatlar intiqamı İstanbulda aldı
Xorvatlar intiqamı İstanbulda aldı
Avropa çempionatının final mərhələsində iştirak etmək üçün play-off mərhələsinin ilk maçları keçirilib.
Seçmə mərhələdə millimizlə eyni qrupda yer alan Türkiyə seçməsi həlledici görüşdə Xorvatiya yığması ilə üz-üzə gəlib. İlk oyun İstanbulda keçirildiyindən `ay-ulduzlular` 4 gün sonra baş tutacaq cavab matçı üçün mütləq evdəki oyundan yaxşı nəticə ilə ayrılmalı idi. Oyunboyu üstnü futbol sərgiləyən xorvatlar 3:0 hesabı iə qələbə qazanaraq, cütün taleyini ilk matçdaca həll etmiş olublar.
Heç kimin gözləmədiyi halda `play-off`a qalan Portuqaliya səfərdə Bosniya və Herseqovina kollektivi ilə qarşılaşıb. Matç 0:0 nəticələnib. Çernoqoriya isə Çexiyanı qəbul edib və qaib gəlib. Bu mərhələnin digər oyunda isə Avro-2012-nin sürpriz komandası Estoniya seçməsi doğma meydanda İrlandiya millisi ilə üz-üzə gəlib. İrlandlar rəqibinə heç bir şans verməyərək, oyunu qalib başa vurublar.
Bu nəticələrdən sonra artıq İrlandiya və Xorvatiyanın yayda keçiriləcək Avropa çempionatına vəsiqə əldə etdiyini demək olar.
11 noyabr
AÇ-2012-nin "play-off" oyunları
23:00. Bosniya və Herseqovina - Portuqaliya - 0:0
23:05. Türkiyə - Xorvatiya - 0:3
Qollar: Oliç, 2 (0:1), Mandzukiç, 32 (0:2), Corluka, 51 (0:3)
23:15. Çexiya – Çernoqoriya - 2:0
Qollar: Pilar, 63 (1:0), Sivok, 90 (2:0)
23:45. Estoniya - İrlandiya - 0:4
Qollar: Andrevs, 13 (0:1), Ualters, 67 (0:2), Robi Kin, 71 (0:3), 88-pen (0:4)