XV TURA YEKUN VURULDU . . .

single-news
17 Fev 2006

XV TURA YEKUN VURULDU . . .



Bu gün Azərbaycan Çempionatının 15-ci turunun qalan oyunları keçirildi və tura yekun vuruldu. T.Bəhramov adına respublika stadionunda "Bakı" Ləənkəranın "Xəzər" klubunu qəbul etdi. İlk hissədə qonaqların bir qoluna meydan sahibləri yalnız son dəqiqədə Leandro Qomeşlə cavab verə bildilər ki, bu da matçın heç-heçə başa çatmasına səbəb oldu. "Şəfa stadionunda isə "Olimpik" "Şahdağ"ı qəbul etdi. Matçın əvvəlindən qusar futbolçuları azlıqda qalsalar da, matç qolsuz bərabərliklə nəticələndi. Digər oyunların nəticələri ilə tanış olun: “Karvan” – “İnter” 0:0 “Turan” – “Göyəzən” 1:0 MKT “Araz” – “Gəncə” 3:1 “Gənclərbirliyi” – MOİK 1:0

Paylaş

// pop up