XVII GÜN: FİZİKİ HAZIRLIQ . . .

single-news
20 Yan 2007

XVII GÜN: FİZİKİ HAZIRLIQ . . .



Yoldaşlıq oyunlarına ara verən "Qarabağ" Futbol Klubu bütün diqqəti fiziki hazırlıqlara yönəldib. Günün ilk məşqini meydanda, topsuz hərəkətlərlə keçirən komanda yalnız ikinci məşqin sonunda toplarla qısamüddətli təmasda olur. Bu gün də belə oldu. Səhər məşqi isinmə hərəkətləri ilə başladı. Bundan öncə isə bütün heyət 20 YANVAR şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra baş məşqçi Rasim Kara 35 və 60 metrlik məsafələrdən ibarət qaçışlarla futbolçuları yoxladı. Bu zaman onların məsafə saxlamalarına, eyni zamanda hərəkətləri etmələrinə baş məşqçi böyük önəm verdi. 3 dəfə 10 dəqiqələrdən ibaərət qaçışlarda komanda üzvləri altı nəfərdən ibarət qruplarda hərəkətləri yerinə yetirdilər.Məşq yüngül qaçışlarla başa çatdı. Günün ikinci məşqi də əsasən komandanın fiziki hazırlığının yüksəldilməsinə yönələcəyi gözlənilir. Axşam məşqi yerli vaxtla 16:00-da başlayacaq...

Paylaş

// pop up