XX TƏLİM GÜNÜ: NƏYİ, NİYƏ, NECƏ, HARDA . .

single-news
22 Yan 2007

XX TƏLİM GÜNÜ: NƏYİ, NİYƏ, NECƏ, HARDA . .



"Qarabağ" Futbol Klubu Antalyanın Side bölgəsinin "Silent Park Otel"ində keçirdiyi qış təlim məşq toplanışını başa çatdırmaq üzrədir. Gündəlik iki dəfəlik məşqlər edən klub fiziki, taktiki, texniki, eyni zamanda psixoloji hazırlığa da vaxt ayırır. Təlim məşqin 19-cu günündə ilk məşq stadionda topsuz hərəkətlərlə başladı. Futbolçular 30, 60 metrlik məsafələrə, daha sonra isə uzunməsafəyə qaçışlarla fiziki durumlarını yaxşılaşdırdılar. Buna qədər isə futbolçular həkim tərəfindən kilo-kontroldan keçdilər. Nəticə təlim məşqin daha bir faydasını üzə çıxardı... Axşam məşqi isə toplarla- taktiki hazırlıq üzrə keçdi. Futbolçular 2 müdafiəçi - 2 hücumçu, 2 müdafiəçi - 4 hücumçu, təkbətək çıxışlar, bu zaman uzaqdan zərbə, qapıçını keçərək zərbə və s. üzərində işlədilər.Qeyd edək ki, Baş Məşqçi Rasim Karanın bu məşqləri futbolçular tərəfindən böyük istək və zövqlə müşahidə olunur. Şam yeməyindən sonra is, bilavasitə Baş Məşqçimiz Rasim Karanın təşəbbüsü ilə klub üzvləri diskotekaya yolandılar. Baş Məşqçi qısa çıxış edərək, onların uzun təlim məşqdən yorulduqlarını, bu səbəbdən belə əyləncələrə də yer ayırmalı olduqlarını dilə gətirdi. "Futbolçu nəyi necə,harda, nə vaxt etməli olduğunu bilməlidir" sözləri ilə Rasim hoca çıxışını yekunlaşdırdı. Bundan sonra futbolçular əyləncəli gecədə məşqin yorğunluğunu atmağa çalışdılar...

Paylaş

// pop up